Su-BadClause
DOLBY 杜比全景声 下载
臻品母带 下载
臻品全景声 下载
臻品音质
HIRES Hi-Res 下载
FLAC 无损flac 百度云网盘下载
APE 无损ape 格式下载
320MP3 极高mp3 歌曲下载
128MP3 标准mp3 百度网盘下载
192OGG 较高ogg 下载
192AAC 较高aac 下载
96AAC 标准aac 百度云下载
Loading...
TXT Su-BadClause 文本歌词
Mәn sәni bağışlasam da, әllәrim küsüb sәndәn
Ayaqlarım sәnә gәlәr, amma sevmәyә üzüm gәlmәz
Bu qәlәm sәni yazır elә şeirә sәtir düzür qәmdәn
Xətrin necə xoş olur özgәsiylә gülümsәrkәn?
İtirdiyim dәyәrlәrin ahı tutub mәni
Birinci "sevirәm" dedin, ondan sonra "unut mәni"
İslandı göz qapaqlarım görәndә bu cümlәni
Xoş günümüzә ümid - sevgi, ertәsindәn qürur gәlir
Xeyrinә ağız aça bilmirәm, gәlir şәr öhdәsindәn
“Getmə” sözünü deməkdən, bezmişəm öz səsimdən
Mәn sənə dustaq olan yazar, sәnsə qәlәmә dörd divar
Biz hәqiqi yalançılarıq, xəyanət ölkәsindә
Sonuncu әlvidanın üstündәn bir ömür keçib
Unutmusan hәr cümlәni gözündә yaş qalmır indi
Yoxluğun axirәtdir önümdә tәk intihar seçim
Bir vaxt mәnlә nәfәs alan mәni yada salmır indi
Köhnә şәkillәrdә üzümә gülәn hüsnünә hәsrәt qalan
Baxışlarımla süzürәm indi hәr addımını
Ötәn şeirlәrimin ünvanında könül sәni istәr
Yanan kağızlarımda külә boğaraq silmişәm adını
Ürәyin gözәl - dedin, mәni bir dә sәnsiz görәydin
Xatirәn unudulmur, ağlamaqla keçmir nәsә
Gedişinә sәbәb nә idi? Süfrәmә duz-çörәkdin
İndi hansı yola yolçusan, hansı әtrin eşqindәsәn?
Gün eyni gündür, amma ki, kölgəm indi sənsiz qalıb
Doğru cümlələrlə izah elədim səhv insanı
Qürurum ayağın altda, sökülüb daha səbrin danı
Saxta gülüşlər tanışdır, yad gəlir, amma mənim imdadım
İncə qanadlarını çırpıb uç, get uzaqlara
Bəlkə yenə də qucaqlaram, heyif yoxdur qolda taqətim
Biri qalıb ağlında sənin, amma qoynunda yad ətir
Sənə qaçan ayaqlarım, indi dəyişir istiqamətin
Ayrılıq nəyə işarədir?! Nə vaxtsa dönəcəyinəmi?!
Başqa birini sevəcəyiməmi, yoxsa sənsiz öləcəyiməmi?!
Göz yaşlarım ələ cəmlənir, özümdə batmışam mən
Keçmişində qalmışam mən, unutmuşam gələcək nədir
O dahamı çox sevir səni, denən, axı nəyi xoş məndən?
Sənə görə dua edə bilmirəm, axı mən sərxoş bəndə
Sevmədiyin əllər səni yazır elə çıxıb gedəndən
Nə vaxtsa geri dönsən, sevgimi gətir, əli boş gəlmə