Səndən Sonrası-BadClause
DOLBY 杜比全景声 下载
臻品母带 下载
臻品全景声 下载
臻品音质
HIRES Hi-Res 下载
FLAC 无损flac 百度云网盘下载
APE 无损ape 格式下载
320MP3 极高mp3 歌曲下载
128MP3 标准mp3 百度网盘下载
192OGG 较高ogg 下载
192AAC 较高aac 下载
96AAC 标准aac 百度云下载
Loading...
TXT Səndən Sonrası-BadClause 文本歌词
Səhərimi səhər edən günəş artıq görünmür səmada
Gecələri gecə edən sevgimiz artıq bilmirəm harada
Bu ahuzarla min bəlanı çəkdim eşq məqamında
Silinmir artıq adın baş daşımdan, ruh məzarımdan
Boğur bu məhəbbət məni, yorur bu küdurət məni
Bu qüssə-qəmi gizlətməyə yox bir cəsarət həmin
Ayrılıqlar soyuqdur, çoxu sevgisə hərarətlədir
Nə xəyanət gəmimdə yola çıxdı, nə qəbahət mənim
Bu yolda yalın ayaqla uzaqlaşdım doğma şəhərdən
Bu yolda intizarda qalan sevgi ruhuma məlhəm
Bu nə cür dərddir rəbbim? Ayrı saldı ruhu bədəndən
Fikirlərim ucuzdur, amma ki, məhəbbətim mücəvhər
İntihar edən çiçəklərin ətri yadigarı təbiətin
Ruhumu incidən hər bir cümlənin ahı vəziyyətim
Əlimdə solan sevgilərin qəbri şeiri məğz edir
Nədən bu ölüm qorxusu, və ömür nədən bəhs edir?
Gözümdən pərdə asır gördüyüm hər həqiqətim
İçində ağ libasın, qara ruhuma təbib gətir
Zühur elə incə toxunuşla bilim ki, var bir qüdrətin
Elə bir ruha çevril ki, bitməsin eşqə müddəti
Şəfəqlərdə görüm üzünü, ovcuma hopsun hislərim
Qəfil ürəkdə hökm sürüb, qələmimi alsın ilk sətir
Yazmayım mən, düşməsin heç bəyaz vərəqə qəm izləri
Eşq dərdindən ölsəm də, bunu bilməsin əzizlərim
Məni elə yerə basdırın ki, ruhum günəşi görməsin
Mənə elə bir külək verin ki, həyat çırağı sönməsin
Mənə elə bir sevgi ver ki sərhəd nədi bilməsin
Mənə elə bir ümid ver ki, mən ölsəm də o ölməsin
Əsirgəməsin kölgəsin qurumuş sevgi budaqları
Bu torpaq alsın öhdəsin, göz yaşı toxunan dodaqların
Güləndə batan yanaqların qəmzəsinə gül əkdim
Hər fəsil vurğunun olsun, ömrün görməsin heç boranı, qarı
Səndən Sonrası-BadClause 推荐歌曲
Sonuncu Səhifə专辑下载
(2019-07-05)