Deyəsən Unutmusan-BadClause/Şahin Əlizadə
DOLBY 杜比全景声 下载
臻品母带 下载
臻品全景声 下载
臻品音质
HIRES Hi-Res 下载
FLAC 无损flac 百度云网盘下载
APE 无损ape 格式下载
320MP3 极高mp3 歌曲下载
128MP3 标准mp3 百度网盘下载
192OGG 较高ogg 下载
192AAC 较高aac 下载
96AAC 标准aac 百度云下载
Loading...
TXT Deyəsən Unutmusan-BadClause/Şahin Əlizadə 文本歌词
Mənim bir arzum var, ömrümə qəm-kədər saldı
Mənim bir ağrım var, ağlamağıma səbəbkardır
Okean ortasında qayıq, külək aşırdı hər yelkəni
Yolun düz ortasındayıq, gəl yenidən tərk et məni
Yenidən öldür ruhumu, yenidən dolsun dəftərlərim
Gecələr qəlbimi yandıran həsrətin qədəmlərinin səsi gəlmir
Vərəqlər qəhərlənir...
Unutmusan deyəsən, mənlə açdığın səhərləri
Mən sahib olmadığım hər şeyi borcluyam sənə
Sən yaşanılan hər yalnızlığın ən gözəl halısan
Boşdur cümlələr, sənə sərxoşdur bu bədən
Eşqin tilsimiylə əcəlimə baş qoşdum ölmədən
Aşağıda göydələn, üstündə bir cüt ayaq
Köndələn ipin zolaqlarının silüetində öldü kölgələr
Ağır qəm yüküm mənə, al apar dərdi, könülə gəl
Yadım silinib indi təmiz, yoxdur bir iz köhnədən
Görən nələr qalıbdır həyatın özgə səhifələrində?
İllərdir intihar küləktək əsir pərdələrində
Otağımın havasını dəyişir hər dəfə fərqli ətirlər
Cənnət saydım onu bu dünyanın cəhənnəmində
Onun saçlarında basdırdım ruhumu bir gecə
Xəbəri belə olmadı, qollarımda yatmışdı necə
Öpdüm sakitcə, dodaqlarım yanağına söykənəndə
Bir pıçıltı qopdu bağrımdan, oyandım nəsə
Baxaraq gözlərimə
Fərqli sətirlər yaz
Düşərəm izlərinə
Həsrətin tam ortasındayam, ver incə əlləri
Birtəhər keçir günlərim
Yalanla itir düzləri
Və yenə tənhalıqla üzləşibsən, yaşlı gözlərin
O vaxt üzümə heyran olan bu gün yolumu gözləmir
Ötür aylar-illər
Rəsmini öpür hisslərim
Sevgimizin ocağında yanmışam, götür külləri
Boğur bu məhəbbət məni, yorur bu küdurət məni
Qüssə-qəmi gizlətməyə yox bir cəsarət həmin
Ayrılıqlar soyuqdur, çoxu sevgisə hərarətlədir
Nə xəyanət gəmimdə yola çıxdı, nə qəbahət mənim!
Saxtalaşır gördüyüm hər həqiqətim
İçində ağ libasın, qara ruhuma təbib gətir
Zühur elə incə toxunuşla, bilim ki, var bir qüdrətin
Elə bir ruha çevril ki, bitməsin eşqə müddəti
Görüm üzünü, ovcuma hopsun hisslərim
Qəfil ürəkdə hökm sürüb, qələmimi alsın ilk sətir
Yazmayım mən bəyaz vərəqə qəm izləri
Eşq dərdindən ölsəm də, bunu bilməsin əzizlərim
Məni elə yerə basdırın ki, ruhum günəşi görməsin
Mənə elə bir külək verin ki, həyat çırağı sönməsin
Mənə elə bir sevgi ver ki, sərhəd nədir bilməsin
Mənə elə bir ümid ver ki, mən ölsəm də o ölməsin
Baxaraq gözlərimə
Fərqli sətirlər yaz
Düşərəm izlərinə
Həsrətin tam ortasındayam, ver incə əlləri.
Birtəhər keçir günlərim
Yalanla itir düzləri
Və yenə tənhalıqla üzləşibsən, yaşlı gözlərin
O vaxt üzümə heyran olan bu gün yolumu gözləmir
Ötür aylar-illər
Rəsmini öpür hisslərim
Sevgimizin ocağında yanmışam, götür külləri
Deyəsən Unutmusan-BadClause/Şahin Əlizadə 推荐歌曲
Deyəsən Unutmusan (Acoustic Version)专辑下载
(2020-07-29)