Iki Dünya-BadClause/Sura İskenderli/Sura İskəndərli
DOLBY 杜比全景声 下载
臻品母带 下载
臻品全景声 下载
臻品音质
HIRES Hi-Res 下载
FLAC 无损flac 百度云网盘下载
APE 无损ape 格式下载
320MP3 极高mp3 歌曲下载
128MP3 标准mp3 百度网盘下载
192OGG 较高ogg 下载
192AAC 较高aac 下载
96AAC 标准aac 百度云下载
Loading...
TXT Iki Dünya-BadClause/Sura İskenderli/Sura İskəndərli 文本歌词
Açıram bağlanmış bir kitabı, açıram qəm dəftərin, haqq-hesabın
Açıram elə sevgi qapılarını ki, hansılar ki heçə sayır maddiyyatı
Unuldulmasın yaşananlar, ümidlər üzünə təbəssüm qonsun ən azı
Gərək, ürək tox olsun dolu, ya da boş cibin eşqə heç olmasın aidiyyatı
Biz neçə-neçə qasırğadan sağ çıxmışıq, neçə sərt dalğa görmüşük
Neçə ağlayan üzü güldürmüşük, indisə ağlayan elə biz özümüzmüşük
Uzun yolda, tək-tanha şəhərdən uzaqlaşan insanın bezarlığıyıq biz
Kimsəsiz ölən kəslərin, tərk edilən evlərin məzarlığıyıq biz
Bol çirkab içində boğuluruq, çarə qılan yox, kömək edən yoxdur
Çıxıb gedən var, geri gələn yoxdur, hələ də yaxşılıq gözləyir çoxsu
Bir-birimizə nə qədər uzaq olsaq da, küləyimiz eynidir, yağışımız eyni
Kədərimiz eynidir, gülüş eyni, amma kaş həmişəkitək görüşəydik
Çünki biz birlikdə olanda ayrı cür dönür dünya, ayrı cür axır zaman
Yox olur ağrılar, bitir gecələrim, payız olan diyara gəlir bahar
İndisə yoxdu heç nə bir salam, nə də bir xatirə sənin ardından qalan
Üstümə çökür bu cümlə-cahan, sən bir dünya, mənsə bir insanam yar
Çək qara buludlarını üstümdən, günəşin saçağına kölgələr hörmə
Uzaqlığın bir faydası yox, inan, son ümid çırağın sönmədən dön gəl
Yolunu çaşmağını gözlər hər döngə, sənlə keçən hər bir gün bədəl ömürə
Üzr istərəm, haqqım halaldır, amma gördüyüm günləri görmədən ölmə
Məni dərd alacaq səni yadlar
Kim tutacaq əlindən sevgimizin?
Bu sevgi bizim...
Kül oldum, keçmir saatlar
Alacaq səni yadlar
Kim tutacaq əlindən sevgimizin?
Bu sevgi bizim...
Kül oldum, keçmir saatlar
Qəlbim yüz xəyanətə adət, amma mən sevdim içdən onu xəyalən
Qaytar gözlərimin önünə, ya rəbb, sevdiyim o gözəl qızı, necə də biçarə
Olduğunu görüm, necə təngənəfəs olub yollarımda, necə mənsiz qalıb
Bircə yalana qurban gedən yarım, illərlə özünü səhvsiz sanıb
Heç vaxt əməlini bağışlaya bilməz, nəticəsi əlvidadırsa sonda
Qır qələmini, cır vərəqləri, tulla, yerli-dibli unut, al qisas ondan
Əgər uzaqlar əngəldirsə yoluna, mən cümlələrdə qovuşdurum bizi
Bu gün salam-sağoluna möhtac qalıb, hər gün əhvalını soruşduğun biri
Yanımda qaldığın zamanlara yazılan iyirmi beşinci məktubumdur bu
Məhəbbətin naxış olduğu xalçaya toz-torpaq atan tək qürurdurmu?
Eşqə ac ürəyimi qəm doyuzdurur, səhvlərimin üzünə kin qusur qələmim
Qəlbimə hələ də heyranam ki, necə sevə bilirdi min qüsurla səni?
Amma məndə də səhv var idi, qəlbini qırdım həmin tək qadının
İndi bilmirəm hansı şeirə sığdırım, ya necə tərk edim bu tənhalığı
Bəlkə, günah elə hər ikimizdə idi ki, bağlılığı eşqlə səhv salırıq
Artıq bütün olanlar keçib, artıq ayrıyıq... tək qalırıq
Məni dərd alacaq səni yadlar
Kim tutacaq əlindən sevgimizin?
Bu sevgi bizim...
Kül oldum, keçmir saatlar
Alacaq səni yadlar
Kim tutacaq əlindən sevgimizin?
Bu sevgi bizim...
Kül oldum, keçmir saatlar
Iki Dünya-BadClause/Sura İskenderli/Sura İskəndərli 推荐歌曲
Sonuncu Səhifə专辑下载
(2019-07-05)