Unutdun-BadClause/Kamil Samedli
DOLBY 杜比全景声 下载
臻品母带 下载
臻品全景声 下载
臻品音质
HIRES Hi-Res 下载
FLAC 无损flac 百度云网盘下载
APE 无损ape 格式下载
320MP3 极高mp3 歌曲下载
128MP3 标准mp3 百度网盘下载
192OGG 较高ogg 下载
192AAC 较高aac 下载
96AAC 标准aac 百度云下载
Loading...
TXT Unutdun-BadClause/Kamil Samedli 文本歌词
Sənsiz uzaqların da rəngi ayrı, sənsiz ulduzların rəsmi aydın
Utanmasam səni unudardım, nə olsun ki sənsizəm düz bir aydır?
Rəqs eləyərdi qələm boş səhnədə, göz yaşlarım onu alqışlayardı
Axrına çıxmasaydı əgər eşqin, bəlkə, bir gün məni bağışlayardı
Geri dönüb alarmı qəm-kədərimi? Mən həminki divanə, biraz dəli
Bir afətin qəlbisə viranədir, iki cahan bu canıma sığar çətin
"Sənsiz ölərəm", - deyəndən sonra qorxutmuşdun o gün bir az məni
Ertəsi gün ayrılanda yollarımız nə mən qorxmadım, nə sən ölmədin
Ayrı dünyalardayıq, ayrı röyaların adamlarıyıq ayıq-sayıq
Aşiq uçurumdaymışıq biz, ümidimiz dəniz, amma çoxdan batıb o qayıq
Yenə dardayıq... sökülmüş hörüklərinin təlaşıyla yoldayıq
Uçurumların bir addımlığında yaralı qanadlarla intihardayıq
Biz ölmüşük həftələr öncəsindən bədən didərgin, boş qalıb məzar
Gələ bilmədik öhdəsindən bu hislərin və ayrılıq oldu tək cəza
Yorğunam daha sevdiyim o yardır, qəlbə köz basan
"Ürək əzablardan olubdur bezar, qələm göz yaşıyla bircə söz yazar."
Unutdun... bəxt ulduzum söndü, dünyam qaraldı
Unutdun... qəlbimdə susmayan bir səs ucaldı
Unutdun... unutdun məni
Unutdun... mənli xatirələr solub saraldı
Unutdun... qəlbimdə susmayan bir səs ucaldı
Unutdun... unutdun məni
Susur gözlərim ətrafa baxmır, başqasını sənlə səhv salar deyə
Uzaqda yanaqların quruyar, burda dolub daşanda dəryalar selə
Ruhum otağında ürəyim sənlədir, yəni boş bədəndə tənhayam yenə
Alın yazımızda yuxu kimi bu tale, yoxdur bir oyadan röyadan belə
Sevgi isti öpüş istər yanağa, sevirəm deyə quru səslə olmaz
Getsin hamı, gedən təki sən olma, bil, səndən özgə yeni səhifəm olmaz
Qəmlə dolan badələr intizarla adını çəkdirər, səhvən olmaz
Yolumda yüz viran ürək həsrətdədir, hamısını yığsan, bir sən olmaz
Səsin qürbətdə, siman xəyalımda vətənindəkitək ürəkdən gülür
Yad ocağına qığılcım oldu tər gülüm, bir o qızdan özgə hər gedən dönüb
Tək keçən ömür qələmsiz vərəq kimidir, sənsiz heç dadı-duzu yoxdur
Sənsiz həyata kor baxan gözümün səması var, amma ay-ulduzu yoxdur
Göz yaşım düşən torpaqda şeir bitdi, sətirləri dəstələdim sənə
Ovucuma sığmır hislərim, amma mən dualarımı həsr elədim sənə
Dərk elədim ki, mən siman cənnətim, eşitdiyim incə səsin azan
"Ürək əzablardan olubdur bezar, qələm göz yaşıyla bircə söz yazar."
Unutdun... bəxt ulduzum söndü, dünyam qaraldı
Unutdun... qəlbimdə susmayan bir səs ucaldı
Unutdun... unutdun məni
Unutdun... mənli xatirələr solub saraldı
Unutdun... qəlbimdə susmayan bir səs ucaldı
Unutdun... unutdun məni
Unutdun-BadClause/Kamil Samedli 推荐歌曲
Sonuncu Səhifə专辑下载
(2019-07-05)