Xalq Bayatıları-Lalə Məmmədova/Ehtiram Hüseynov

语种 : 西班牙语
时长 : 04:26

DOLBY 杜比全景声 下载

臻品母带 下载

臻品全景声 下载

臻品音质

HIRES Hi-Res 下载

FLAC 无损flac 百度云网盘下载

APE 无损ape 格式下载

320MP3 极高mp3 歌曲下载

128MP3 标准mp3 百度网盘下载

192OGG 较高ogg 下载

192AAC 较高aac 下载

96AAC 标准aac 百度云下载

Loading...

TXT Xalq Bayatıları-Lalə Məmmədova/Ehtiram Hüseynov 文本歌词

Dağların başı qara
Dibinin daşı qara
Məni bir qız anladı
Gözü göy, qaşı qara
Əzizim, yana dağlar
Od düşüb yana dağlar
O gözələ deyin ki
Baxsın bu yana, dağlar
Ay oğlan, çıraqlısan
Əsli Qarabağlısan
Bir gözəl yar ucundan
Sən də sinədağlısan
Ay deyiləm, ulduzam
Gəlin deyiləm, qızam
Kənardan nə baxırsan?
Gəl yaxına, yalqızam
Başı od saçlı dağlar
Səndən kim aşdı, dağlar?
Yatdım yuxuya daldım
Maralım qaçdı, dağlar
Ay getdi, il də gəldi
Dövranım belə gəldi
Səndən cavab alınca
Dağ-daş da dilə gəldi
Əzizim, gülə düşə
Gün deyil, gülə düşə
Qorxuram ki, eşqimiz
Məcnun kökünə düşə
Güllər açır, deyərəm
Ətir saçır, deyərəm
Əgər sən igid olsan
Məni qaçır - deyərəm
Bəxtimi güldürəydin
Əğyarı öldürəydin
Mən, yarım - Leyli, Məcnun
Aləmə bildirəydin
Əzizinəm, sel gələr
Yağış yağar, sel gələr
Gözəl qız qapısına
Elçiliyə el gələr
Aman, aman-aman
Ay aman, aman, ay yar...
Yar... Yar...
Aman, aman-aman
Ay aman, ah, yar, aman...
Ay aman, ay aman...
Əzizinəm, sel gələr
Yağış yağar, sel gələr
Gözəl qız qapısına
Elçiliyə el gələr
Ay aman, ey...
Bəxtimi güldürəydin
Əğyarı öldürəydin
Mən, yarım - Leyli, Məcnun
Aləmə bildirəydin
Əziziyəm, sel gələr
Yağış yağar, sel gələr
Gözəl qız qapısına
Elçiliyə
El gələr