Təqvim-Content TV/Tibu/Tefo
DOLBY 杜比全景声 下载
臻品母带 下载
臻品全景声 下载
臻品音质
HIRES Hi-Res 下载
FLAC 无损flac 百度云网盘下载
APE 无损ape 格式下载
320MP3 极高mp3 歌曲下载
128MP3 标准mp3 百度网盘下载
192OGG 较高ogg 下载
192AAC 较高aac 下载
96AAC 标准aac 百度云下载
Loading...
TXT Təqvim-Content TV/Tibu/Tefo 文本歌词
Bir gün ac, bir gün tox
Bir gün vur, bir gün sox
Bir gün yaxşı, bir gün pox
Bir gün qorxma, bir gün qorx
Bir gün sök, bir gün qur
Bir gün sus, bir gün vur
Bir gün yat, amma bir gün dur
Bir gün get, amma bir gün dur
Bir gün ac, bir gün tox
Bir gün vur, bir gün sox
Bir gün yaxşı, bir gün pox
Bir gün qorxma, bir gün qorx
Bir gün sök, bir gün qur
Bir gün sus, bir gün vur
Bir gün yat, amma bir gün dur
Bir gün get, amma bir gün dur
Özümüz gümrah, üzümüz nur
Göz altı qara, üzümüz ağ
Ver ləqəbimə mənim layiqli pul
Bir az da şərait, bir az da vaxt
Bir az “puer”, bir az da su
İki cür şərab - qırmızı, ağ
Dəm olub edəcəm keçmişə tur
Bir az siqar, bir az tabak
Mən bilirdim sünidir hisslər
Köhnə hər şeyi toplum sildim
Yüz nəfərə dost demişəm
Kim harda qalır bilmirəm indi
Kohnə xatirə dəftərim var idi
Tulladım nə vaxt ki, məktəb bitdi
Orda qırx nəfər yazırdı arzu
Bir-iki nəfər cəmi qədrimi bildi
Bilirəm tez qocalmışam
Cavan ruhum indi doldurur yerimi
Həyatı boyu təklənirəm
Sonra qayıdıb tuturam onları bir-bir
Bu gün 5 manat əgər itirdim
Hər şey edəcəm qazanım 20
Təəssüf, öləndən sonra baxa bilmərəm
Mənə xatirə çəkilən filmi
Mənə güc verib təklik
Bərk stresslər alıb neçənci ilimi
Çətin qəzəllər bilirəm əzbər
Necə əzbər bilirəm himni
Susmaq qızıldır - deyirlər, boş ver
Ədalət varsa, qorxma, bildir
Bir halda həqiqəti demirəm
Kəsilsə əllərim, kəssələr dilimi
Bir gün ac, bir gün tox
Bir gün vur, bir gün sox
Bir gün yaxşı, bir gün pox
Bir gün qorxma, bir gün qorx
Bir gün sök, bir gün qur
Bir gün sus, bir gün vur
Bir gün yat, amma bir gün dur
Bir gün get, amma bir gün dur
Bir gün ac, bir gün tox
Bir gün vur, bir gün sox
Bir gün yaxşı, bir gün pox
Bir gün qorxma, bir gün qorx
Bir gün sök, bir gün qur
Bir gün sus, bir gün vur
Bir gün yat, amma bir gün dur
Bir gün get, amma bir gün dur
Həyatı insana verdi ilahi
Küçə öyrədib həyatın dərsi
Tanrı bu qədər şeylərə mahir
Amma yaratmır insanı səhvsiz
Mənim təhsilim natamam-ali
Cünki natamam Bakıda təhsil
Məni şeirə bağladı qabil
Salıb dəryaya Nizami, Rəmzi
Çox sevmişəm ədəbiyyat, tarix
Amma nədənsə getdim riyazi
Bütün rüşvətxorlara şamil
Bir gün alacam pulların qəbzin
Mən hələ çox şeylərə qadir
Hələ əziyyətə görmədim dəysin
Mənə öləndə deməyin dahi
Mənim qızıma da verməyin mənzil
Niyə bu qədər tənhadır şair?
Görüb gözüylə xəyanət rəqsin
Bir dostunun məzarına torpaq
Bir dostunun 10 illik həbsin
Ürək çox şeyi içində yaşadı
Almışam qələmə çox şeyin əslin
Var nə qədər tapmayan əksin
Mətbəx söhbəti qalmalı şəxsi
Gözəl ailəyə olmuşam sahib
O gün qəbərdi içimdə nəfsim
Ölüm gecəylə gəlirdi ani
Səhər az qala vurmadı nəbzim
Bir gün ac, bir gün tox
Bir gün vur, bir gün sox
Bir gün yaxşı, bir gün pox
Bir gün qorxma, bir gün qorx
Bir gün sök, bir gün qur
Bir gün sus, bir gün vur
Bir gün yat, amma bir gün dur
Bir gün get, amma bir gün dur
Bir gün ac, bir gün tox
Bir gün vur, bir gün sox
Bir gün yaxşı, bir gün pox
Bir gün qorxma, bir gün qorx
Bir gün sök, bir gün qur
Bir gün sus, bir gün vur
Bir gün yat, amma bir gün dur
Bir gün get, amma bir gün dur
Təqvim-Content TV/Tibu/Tefo 推荐歌曲
Təqvim专辑下载
(2021-05-22)