H.O.S.T Silləsi-Orkhan Zeynalli/Qaraqan
DOLBY 杜比全景声 下载
臻品母带 下载
臻品全景声 下载
臻品音质
HIRES Hi-Res 下载
FLAC 无损flac 百度云网盘下载
APE 无损ape 格式下载
320MP3 极高mp3 歌曲下载
128MP3 标准mp3 百度网盘下载
192OGG 较高ogg 下载
192AAC 较高aac 下载
96AAC 标准aac 百度云下载
Loading...
TXT H.O.S.T Silləsi-Orkhan Zeynalli/Qaraqan 文本歌词
Sözümü tut, bəlkə tapdın özünü orda
Gözünü yum, yumşaq oldu bəlkə hər bir hərəkət onda
Gizlənim, düş dalımca həyat prinsipində qalib cəmiyyət
Hisslərim içində sevgi indi dönüb olub nifrət
Parçala və hökm sür - adi fəlsəfə
Demirəm çox şeyi ki, birdən səs yayılar hər tərəfə
Qulaqlar açıqda şayiələr, hər kəs həvəskar
Bir gün eşitməzsə şayiə, qorxur qulaq olar kar
Boş cəmiyyət, dol biraz, xoş gəldik, gül biraz
Sən hələ yat, avaralan, boş arzular qur biraz
Biz hələ ki, çox ilişəcəyik və ilişdikcə zövq alırıq
Sənsə say öz yerində, öz əlinlə gorunu qaz
Sizin həyata baxıb nifrət edirəm mən kainata
Nə qədər olar?! "ev-iş, iş-ev-çayxana"
Ciblərdə pul artdıqca xərcləyirsiniz sağa-sola
İnflyasiya! Tək çıxış yolunuz qumarxana
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə
Tərbiyəli bir ailə baxır tərbiyəsiz seriala
Tərbiyəli qız meyl edir tərbiyəsiz paltara
Tərbiyədən məsləhət verən tərbiyəsiz müğənni
Bu otağa səhv girmisiniz, burda keçir HOST-un əmri
İsti-isti döyün dəmiri, bu cəmiyyətin dünəni bəlli
Kimin dərdi, sanki dəvədir, kimin dərdi sətirlərdir
HOST-un hədəfi şillə vurub, sırğa olmaq qulaqlarda
Qeyrət üstdə dava düşür, tərbiyəsiz disko barda
Ağızlarda saqqız əvəzi eyni mövzu çeynənir
Əvvəlcə gizlənir biraz keçir iylənir
Üstü açılır hər zibilin sonra da gileylənir
Şardır cəmiyyət, içi də boşdur, HOST batıracaq iynəni
Biz gəlirik dəyişməyə, bunu eşidib qorxdunuz
Çox vaxt bizi səhv başa düşüb, əməlləri də yozdunuz
Yüz maneə qursanız da, HOST dəhlizi sonsuz
Tərbiyəli bir cəmiyyət var idi
(Onu da siz pozdunuz!)
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə
Hummer-də gəzən də indi deyingəndir zəmanədən
Ən öndə gedən də indi tez-tez dönür əqidədən
Əsl üzümüzü gizlətmədən tənqidimizi yağdıraraq
Guya ki, bizdən açıq çıxdınız plakatlarımızı cıraraq
Biz duraq yol ayırıcında, zəhər qılıncın ən ucunda
İnsanların sancarıq biz döyünməyən ürəyindən
Kimlərsə öz dirəyindən yapışmışdı biləyiylə
Dünya əlini üzməyibdir HOST adlı köməyindən
Nəfəs alma, saxla gözlərində qalsın eyni an
Pərdə qəribə mənzələri gizlədibdir, budur yandıran
Həvəsə döndü bir il əvvəl əyləncəli bir təkan
Misralarımız ürək bağçasında zəhərli bir tikan
Dağıt yuvanı, dünəni qatla yaddaşında zamanı atla
Acı həqiqəti de zarafatla, öz yolunda döngə ol
Ya sən bugünkü gün dərdlərinin bir düşməni
Ya da ki, qal, əbədi qal, kiminçünsə adi kölgə ol
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
H.O.S.T Silləsi-Orkhan Zeynalli/Qaraqan 推荐歌曲
Biz Insan Deyilik专辑下载
(2010-05-29)